"Premium Bank"ın hüquqi şəxslərdən cəlb etdiyi depozitlər 64 milyon manat azalıb - Hesabat

"Premium Bank"ın hüquqi şəxslərdən cəlb etdiyi depozitlər 64 milyon manat azalıb - Hesabat
# 25 iyul 2022 13:17 (UTC +04:00)

"Premium Bank" ASC 2022-ci ilin birinci yarısı üzrə maliyyə hesabatını açıqlayıb.

"APA-Economics" xəbər verir ki, bu dövrdə bankın xalis mənfəəti ötən ilin eyni dövrünə nisbətən kəskin azalıb.

Belə ki, "Premium Bank"ın faiz gəlirləri 2022-ci ilin birinci yarısında 6,5% azalaraq 15,314 milyon manata düşüb. Bankın qeyri-faiz gəlirləri isə 17,2% artaraq 7,510 milyon manata yüksəlib.

2022-ci ilin ilk yarısında "Premium Bank"ın cəmi əməliyyat gəlirləri 22,824 milyon manat (0,2% az), cəmi əməliyyat xərcləri 17,420 milyon manat (22,7% az), əməliyyat mənfəəti isə 5,404 milyon manat (11 dəfə çox) təşkil edib. Qeyd edək ki, əməliyyat mənfəətinin kəskin artması faiz və qeyri-faiz xərclərini azaltması ilə bağlı olub.

Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 5,325 milyon manat (31,2% az) ayırdığından xalis mənfəəti 78 min manata enib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 105 dəfə azdır. Ötən ilin birinci yarısında bank 8,225 milyon manat xalis mənfəət açıqlamışdı.

30 İyun 2022-ci il tarixinə bankın cəmi aktivləri 10,2% azalaraq 682,593 milyon manata, o cümlədən kredit portfeli (müştərilərə verilmiş kreditlər) 4% azalaraq 488,219 milyon manata enib. Bankın cəmi öhdəlikləri 12,4% azalaraq 503,676 milyon manata enib. Bankın hüquqi şəxslərdən cəlb etdiyi depozitləri 33,5% və ya 64 milyon manat azalaraq 127,618 milyon manata düşüb.

Bu dövrdə "Premium Bank"ın cəmi kapitalı 178,917 milyon manat (3,8% az) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR