“PSG Finans” BOKT-un maliyyə vəziyyəti məlum olub - HESABAT

“PSG Finans” BOKT-un maliyyə vəziyyəti məlum olub - HESABAT
# 06 iyun 2023 09:59 (UTC +04:00)

“PSG Finans” bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “PSG Finans”ın xalis mənfəəti 2021-ci illə müqayisədə 2.8 dəfə artaraq 5 milyon 466.5 min manata bərabər olub. 2021-ci ildə təşkilat 1 milyon 974,2 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə təşkilatın kredit portfeli 59.1% artaraq 18 milyon 817.2 min manat, xalis faiz gəlirləri 32.7% artaraq 3 milyon 874.9 min manat təşkil edib. Eyni dövrdə gözlənilən kredit zərərləri üzrə ehtiyatların bərpasından 3 milyon 577.5 min manat(illik müqayisədə 9.3 dəfə çox) gəlir əldə edən təşkilat 6 milyon 673.2 min manat(illik müqayisədə 2.8 dəfə çox) əməliyyat mənfəəti əldə edib.

2022-ci ildə təşkilatın cəmi aktivləri 35.4% və ya 5 milyon 196.3 min manat artaraq 19 milyon 873.3 min manat, cəmi öhdəlikləri isə 2.1% və ya 34.4 min manat artaraq 1 milyon 648.2 min manat təşkil edib. Təşkilatın cəmi aktivlərinin artmasının səbəbi kredit portfelinin böyüməsidir.

2023-cü ilin yanvar ayının 1-nə “PSG Finans” BOKT-un cəmi kapitalı 18 milyon 225 min manat olub ki, bu da illik müqayisədə 39.5% çoxdur.

Qeyd edək ki, 10 milyon manat nizamnamə kapitalına sahib olan “PSG Finans” BOKT səhmdarlarına ötən il 291.6 min manat dividend ödəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR