QDTİB Azərbaycanın iki bankına kredit ayırıb

QDTİB Azərbaycanın iki bankına kredit ayırıb
# 24 iyun 2022 10:42 (UTC +04:00)

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanın iki bankına 15 milyon dollar kredit ayırıb.

"APA-Economics"in əldə etdiyi məlumata görə, QDTİB-nin ayırdığı kreditin 10 milyon dolları "Rabitəbank"ın, 5 milyon dolları "Turan Bank"ın payına düşüb.

"Rabitəbank"ın İdarə Heyəti sədrinin birinci müavini Orhan Gültekin "APA-Economics"ə bildirib ki, ayrılan kredit istehsal, ixrac, ticarət və aqrar sahədə fəaliyyət göstərən kiçik və orta biznesin dəstəklənməsinə yönəldiləcək.

Qeyd edək ki, QDTİB-nin Bakıda keçirilən 24-cü İllik Toplantısında hər iki bankla bununla bağlı əməkdaşlıq müqaviləsi imzalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR