QDTİB indiyədək Azərbaycana 510 mln. avro kredit ayırıb

QDTİB indiyədək Azərbaycana 510 mln. avro kredit ayırıb
# 24 iyun 2022 10:58 (UTC +04:00)

Qara Dəniz Ticarət və İnkişaf Bankı fəaliyyətini başlayandan bu günədək Azərbaycanda özəl sektora 510 mln. avro məbləğində kredit vəsaiti ayırıb.

"APA-Economics" xəbər verir ki, bunu Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) “Dəyişən dünyada şaxələndirilmiş və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində rolu” adlı konfransında çıxış edərkən maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bununla yanaşı bank yerli maliyyə bazarlarının inkişafinda da iştirak edir.

"2019-cu ildə Bakı Fond Birjasında QDTİB-in korporativ istiqrazları üzrə hərrac keçirildi və cəlb edilən vəsaitin Azərbaycandakı özəl sektorun maliyyələşdirilməsi üçün istifadəsi nəzərdə tutulur. Bununla da QDTİB Azərbaycanda milli valyuta ilə istiqraz yerləşdirən ilk beynəlxalq maliyyə qurumu oldu",- deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR