Qlobal bank sektorunda böhran siqnalları - Təhlil

Qlobal bank sektorunda böhran siqnalları  - Təhlil
# 05 oktyabr 2022 13:19 (UTC +04:00)

Avropanın iri banklarından “Deutsche Bank” və “Credit Suisse”nin səhmləri sentyabr ayının sonunda tarixi rekord minimumlarına qədər ucuzlaşıb.

APA-Economics” “Prime”a istinadən xəbər verir ki, bank sektorunda belə bir vəziyyət investorlara 2008-ci il ABŞ ipotak böhranını xatırlatmağa başlayıb.

APA-Economics” bildirir ki, ümumiyyətlə 2022-ci il qlobal bank sektoru üçün nikbin olmayıb. Belə ki, “Bank of America”nın kapitallaşması bu ilin fevral ayından etibarən 40%-ə yaxın ucuzlaşaraq 400 mlrd. dollardan 250 mlrd. dollara geriləyib. “Bank of New York Mellon”un səhmlərinin ümumi qiyməti isə 50 mlrd. dollardan 30 mlrd. dollara enib. Kanadanın “Royal Bank of Canada” bankının da səhmləri müvafiq dövr ərzində 30%-ə yaxın ucuzlaşma göstərib.

Analoji vəziyyət Asiya bölgəsində də yaşanır. Belə ki, Yaponiyanın nüfuzlu naklarından “Mitsubishi UFJ”nin kapitallaşması eyni dövr ərzində 32%-ə yaxın geriləyərək 57 mlrd. dollar təşkil edib.

“Otkritie investisii” şirkətinin qlobal araşdırmalar üzrə aparıcı mütəxəssisi O. Sırovatkinə görə, “Qlobal bankların yüksək inflyasiya fonunda faizləri artırması ümidsiz borcların artmasına gətirib çıxarır. Bununla yanaşı 3-cü rübdə əsas aktivlərdə ucuzlaşma müşahidə olunub ki, bu da son nəticədə bankların balanslarının pozulmasına səbəb olub”.

Cavid Əzimov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR