Qustavo Ramires: BVF makroiqtisadi islahatlar sahəsində Azərbaycanla əməkdaşlığa hazırdır

Qustavo Ramires: BVF makroiqtisadi islahatlar sahəsində Azərbaycanla əməkdaşlığa hazırdır
# 08 dekabr 2022 12:16 (UTC +04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin iqtisadçısı Qustavo Ramires, eləcə də Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional İnkişaf Mərkəzinin direktoru Norbert Funke ilə görüş keçirilib.

Bu barədə "APA-Economics"ə İİTKM-dən bildirilib. Məlumata görə, İİTKM-in icraçı direktoru Vüsal Qasımlı makro-fiskal modelləşdirmə və proqnozlaşdırma, dövlət maliyyəsi, maliyyə və bank sektoru üzrə fikir və təcrübə mübadiləsi sahəsində əməkdaşlığın zəruriliyini vurğulayıb.

Müzakirə zamanı investisiyaların səmərəliliyi və iqtisadi artım sahəsində beynəlxalq təcrübə, eləcə də iqtisadi islahatlar sahəsində uğurlu əməkdaşlıq perspektivləri müzakirə olunub.

Beynəlxalq valyuta Fondunun nümayəndəsi Qustavo Ramires makroiqtisadi sabitliyə yönələn iqtisadi islahatlar, diversifikasiya, iqtisadi transformasiya, qlobal arenada yeni inkişaf təşəbbüsləri sahəsində təmsil etdiyi qurumun maraqlı olduğunu və əməkdaşlığa hazır olduqlarını bildirib.

Görüşdə İİTKM-in department rəhbərləri Rəşad Hüseynov, Vüsalə Cəfərova və makroiqtisadçısı Coşqun Cəfərov da iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR