"Rabitəbank” səhmdarlarına dividend ödəyəcək

"Rabitəbank” səhmdarlarına dividend ödəyəcək
# 09 dekabr 2022 09:09 (UTC +04:00)

Gələn il yanvarın 27-də "Rabitəbank” ASC-nin səhmdarlarının növbəti ümumi iclası keçiriləcək.

Bu barədə "APA-Economics"ə bankdan bildirilib. Məlumata görə, yığıncağın gündəliyində duran əsas məsələlər bankın 2022-ci maliyyə ili üzrə balansının, mənfəət və zərər haqqında hesabatının, audit komitəsinin hesabatının təsdiqi, səhmdarlara dividendlərin, bankın rəhbərlərinə illik bonusların ödənilməsi, o cümlədən təşkilati və cari məsələlər daxildir.

Qeyd edək ki, yığıncaq Bankın baş ofisində baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR