Rusiyada xarici valyuta ilə bağlı məhdudiyyətlər daha 6 ay uzadılıb

Rusiyada xarici valyuta ilə bağlı məhdudiyyətlər daha 6 ay uzadılıb
# 01 avqust 2022 13:16 (UTC +04:00)

Rusiya Mərkəzi Bankı xarici valyutalarda olan vəsaitlərin çıxarılması ilə bağlı məhdudiyyəti daha 6 ay uzadıb.

APA TASS-a istinadən xəbər verir ki, məhdudiyyətlər 2023-cü ilin 9 marta qədər qüvvədə olacaq.

Bundan başqa, hüquqi şəxslər üçün ezamiyyət xərcləri üçün valyutanın verilməsi ilə bağlı məhdudiyyətlər isə 2023-cü ilin 9 martına qədər uzadılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR