Sara Maykl: Azərbaycanın beş illik əməkdaşlıq planına yeni prioritetlər əlavə edilə bilər

Sara Maykl: Azərbaycanın beş illik əməkdaşlıq planına yeni prioritetlər əlavə edilə bilər
# 04 may 2023 17:09 (UTC +04:00)

“Dünya Bankı Azərbaycanla hökumətdən gələn təşəbbüslər əsasında əməkdaşlığı davam etdirir. Ötən il biz Azərbaycanla əməkdaşlığımızın 30 illiyini qeyd etdik. Bu dövrdə Azərbaycanda insan kapitalın inkişaf etdirilməsinə dəstək göstərmişik”.

"APA-Economics" xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə regional meneceri Sara Maykl Dünya Bankının "Sarsıntılar və böhranlar zamanı insan kapitalının qorunması" adlı hesabatının təqdimatı zamanı deyib.

"İnsan kapitalına sərmaya qoyulması ölkədə olan inkişaf proseslərini sürətləndirir. Azərbaycanla növbəti beş il üçün tərəfdaşlıq planı üzərində işləyirik. Bu plana insan kapitalının inkişafı ilə bağlı prioritetləri daxil etmək istəyirik. Bu isə Qarabağ və Şərqi Zəngəzur daxil olmaqla bütün ölkə üzrə inkişaf kapitalının inkişafına töhfə ola bilər"- Sara Maykl əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR