Səfir: “Yük maşınlarından rüsumun alınmaması qarşılıqlı olmalıdır”

Səfir: “Yük maşınlarından rüsumun alınmaması qarşılıqlı olmalıdır”
# 28 aprel 2022 01:15 (UTC +04:00)

“Dəniz və quru kommunikasiyalarının inkişafı iki ölkənin iqtisadiyyatının çiçəklənməsinə töhfə verəcək. Tranzit və yük daşımaları prosesini sürətləndirmək üçün yük maşınlarından rüsumun alınmaması qarşılıqlı olmalıdır”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bu ölkənin Gilan əyalətinin meri Əsədulla Abbasi ilə görüşü zamanı bildirib.

Ə.Abbasi Gilan əyalətinin iqtisadi fəalları və iş adamlarının Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduqlarını və bu əlaqələrin inkişafı üçün əsas maneələrin aradan qaldırılmasının zəruriliyini vurğulayıb.

Görüşdə Azərbaycanın Tehrandakı səfiri Ə.Əlizadə Gilan əyalətinə səfəri zamanı Astara gömrüyü, Astara-Astara dəmir yolu, dəmir yolu terminalı və digər infrastruktura baxış keçiridyini bildirib və qeyd edib ki, Gilan əyaləti xüsusi ilə Astara Azərbaycan üçün əlaqələrin inkişafında əsas rol oynayır.

“Astara-Astara avtomobil körüpüsünün istiafdəyə verilməsi ilə iki ölkə arasında nəqliyyat və yük maşınları ilə gediş-gəlişi iki dəfə artacaq. Koronavirus məhdudiyyətlərinə baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsi ötən bir ildə 30 faiz artıb”, - deyə Əlizadə bildirib.

Səfir iki ölkə arasında yüksək kommunikasiya potensialının mövcudluğundan danışıb və infrastrukturun gücləndirilməsini arzulayıb.

Ə.Əlizadə iki ölkənin quru və dəniz qonşuluğu İran, Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin, eləcə də enerji mübadiləsinin genişlənməsinə səbəb olacağını vurğulayıb.

Səfir iki ölkənin ticarətçilərinin iqtisadi mübadiləni genişləndirməkdə maraqlı olduqlarına diqqət çəkib.

Bildirilib ki, Rəşt-Astara dəmir yolunun açılışı ilə ticarətin həcmi dəfələrlə artacaq ki, bu da çox səmərəlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR