Səhiyyə Nazirliyi vakansiyalara görə 10,5 mln. manat az xərcləyib

Səhiyyə Nazirliyi vakansiyalara görə 10,5 mln. manat az xərcləyib
# 25 may 2022 11:09 (UTC +04:00)

Ötən il onkoloji xəstələrin müayinə, müalicə və reabilitasiyası üçün dövlət büdcəsindən 44,1 milyon manat vəsait ayrılıb.

APA xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında yer alıb.

Hesabatda qeyd edilib ki, Səhiyyə Nazirliyinə 205,7 milyon manat məbləğində vəsait yönəldilib ki, bu da proqnoza nisbətən 25,4 milyon manat və ya 11 faiz azdır. Belə ki, əməyin ödənişi üzrə proqnoz 87 faiz olmaqla 10,5 milyon manat az icra olunub. Bunun səbəbi ştatlar üzrə mövcud olan vakansiyaların olmasıdır. Dərman, sarğı ləvazimatlarının və materiallarının alınması maddəsi üzrə proqnoz 92,5 faiz olmaqla 8,2 milyon manat az icra olunub. Bunun səbəbi ilin sonunda dərman vasitələrinin alışı üzrə bəzi dövlət satınalamalarının ləğv olunmasıdır.

Onkoloji xəstələrin müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsi, lazımi dərman preparatlarına olan tələbatının ödənilməsi, bu sahənin maddi-texniki təminatının daha da yaxşılaşdırılması üçün 2021-ci il dövlət büdcəsindən 44,1 milyon manat məbləğində vəsait ayrılıb. Ölkə əhalisinin ixtisaslaşdırılmış oftalmoloji xidmətlə təmin edilməsi, göz patologiyası ilə mübarizədə elmi-metodik cəhətdən əsaslandırılmış tədbirlərin işlənilməsi, tətbiqi və gücləndirilməsi, ixtisaslaşdırılmış oftalmoloji yardımın təşkili üçün 2021-ci ilin dövlət büdcəsindən Səhiyyə Nazirliyinin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 2021-ci ildə 6,7 milyon manat məbləğində vəsait istifadə olunub ki, bu da dövlət büdcəsində nəzərdə tutulan vəsaitə nisbətən 1,5 milyon manat və ya 18,0 faiz azdır. İcranın az olmasının əsas səbəbi ştatlar üzrə mövcud olan vakansiyaların olmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR