Sənaye zonalarına 460 mln. manata yaxın investisiya yatırılacaq

Sənaye zonalarına 460 mln. manata yaxın investisiya yatırılacaq
# 11 yanvar 2023 17:41 (UTC +04:00)

İndiyədək sənaye zonalarında 116 sahibkarlıq subyektinə rezident statusu verilib və onlardan 65-i artıq fəaliyyətə başlayıb.

"APA-Economics" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.

Nazir qeyd edib ki, 2022-ci ildə bu müəssisələr tərəfindən ümumilikdə 2.9 mlrd. manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 1 mlrd. manatı ixracın payına düşür. 2021-ci illə müqayisədə satış 20.6%, ixrac isə 10.08% artıb.

Nazir onu da bildirib ki, mövcud layihələr üzrə əlavə olaraq 460 mln. ₼-a yaxın investisiyanın yatırılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR