Sığorta şirkətinin sədrinə İSB-nin rəhbərliyində vəzifə verilib

Sığorta şirkətinin sədrinə İSB-nin rəhbərliyində vəzifə verilib
# 06 mart 2023 14:01 (UTC +04:00)

İcbari Sığorta Bürosunun (İSB) Himayəçilər Şurasına yeni üzv seçilib.

Bu barədə "APA-Economics"ə İSB-dən bildirilib. Məlumata görə, "Atəşgah Həyat Sığorta" şirkətinin İdarə Heyətinin (İH) sədri Azər Əmiraslan oğlu Əliyev İSB Himayəçilər Şurasının yeni üzvü olub. O, bu vəzifədə “Atəşgah Sığorta" ASC-nin İH-nin keçmiş sədri Azər Allahverdi oğlu Əliyevi əvəzləyib.

Qeyd edək ki, Azər Allahverdi oğlu Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İH sədrinin müşaviri təyin edildiyi üçün həm sığorta şirkətinin, həm də İSB-nin rəhbərliyindən ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR