Son 10 ildə ölkədə illik inflyasiya orta hesabla 5,3% səviyyəsində olub

Son 10 ildə ölkədə illik inflyasiya orta hesabla 5,3% səviyyəsində olub
# 22 iyul 2022 12:57 (UTC +04:00)

Son 10 ildə ölkədə inflyasiya iqtisadi fəallıq üçün məqbul olan səviyyədə qorunub.

APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında qeyd olunub.

Sənəddə bildirilib ki, bu dövrdə illik inflyasiya orta hesabla 5,3% səviyyəsində olub. Monetar şərait makroiqtisadi sabitlik hədəfləri çərçivəsində tənzimlənib. İqtisadi artımın bərpasına dəstək məqsədilə uçot dərəcəsi 2018-ci ilin əvvəlindən 2020-ci ilin dekabr ayınadək 16 mərhələdə azaldılaraq 15%-dən 6,25%-ə endirilib.

Lakin 2021-ci ilin birinci yarısında xarici mühitdə baş verən proseslərə cavab olaraq uçot dərəcəsinin dəyişdirilməsi istiqamətində fasilə verilib, ilin ikinci yarısından başlayaraq 8 isə inflyasiya proseslərinin sürətlənməsi nəzərə alınaraq uçot dərəcəsi tədricən yüksəldilib.

Makroiqtisadi sabitliyin qorunması şəraitində iqtisadiyyatda likvidlik effektiv idarə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR