S&P Azərbaycanla Türkiyə arasında bağlanacaq valyuta svopuna münasibət bildirib

S&P Azərbaycanla Türkiyə arasında bağlanacaq valyuta svopuna münasibət bildirib
# 22 yanvar 2022 08:59 (UTC +04:00)

"S&P Global Ratings" ("S&P") beynəlxalq reytinq agentliyi yaxın gələcəkdə Azərbaycanla Türkiyə arasında imzalanacaq valyuta svopu müqaviləsinə münasibət bildirib.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, S&P Azərbaycan və Türkiyənin mərkəzi bankları arasında TMB-nin valyuta ehtiyatlarının artırılmasına kömək etmək üçün svop müqaviləsi üzrə müzakirələrin getdiyindən xəbərdar olduğunu bildirib.

"Biz mümkün müqaviləni əsasən siyasi motivli hesab edirik və bununla da AMB-nin beynəlxalq ehtiyatlarının əhəmiyyətli dərəcədə azaldacağını gözləmirik," - S&P bildirib.

Xatırladaq ki, Türkiyə hökumətindəki mənbələrə görə, TMB yaxın həftələrdə Azərbaycanla 1 mlrd. avro dəyərində (1,14 mlrd. dollar) valyuta svopu müqaviləsini imzalayacaq. Analoji müqavilə artıq TMB ilə BƏƏ arasında imzalanıb (64 mlrd. lira və 18 mlrd. dirhəm).

Valyuta svopu bir valyutanın digərinə nəzərən müxtəlif periodlar üzrə (adətən nağd və forvard) eyni vaxtda alınması və satılmasıdır. Bu növ svopda iki tərəf arasında müəyyən gün üçün valyuta mübadiləsi üzrə və gələcəkdə bir gün üçün əks mübadilə üzrə məzənnələr razılaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR