Taleh Kazımov sığorta agentləri ilə görüşüb

Taleh Kazımov sığorta agentləri ilə görüşüb
# 31 may 2023 15:59 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankında sığorta bazarında peşəkar iştirakçıları olan sığorta agentləri ilə görüş keçirilib

"APA-Economics" xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov özünün "Twitter" hesabında yazıb.

"Azərbaycan Mərkəzi Bankında sığorta bazarında fəal olan sığorta agentləri ilə görüşümüz olub. Sığorta bazarının böyüməsində sığorta agentlərinin rolunun gücləndirilməsi məsələləri müzakirə edilib. Sığorta bazarının mühüm peşəkar iştirakçısı olan sığorta agentləri ilə sığorta bazarının inkişaf məsələləri təhlil olunub, həmçinin sığorta agenti institutunun gücləndirilməsilə bağlı fikir mübadiləsi aparılıb", - T. Kazımov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR