Taleh Kazımov sığorta şirkətlərinin rəhbərlərini toplayır - EKSKLÜZİV

Taleh Kazımov sığorta şirkətlərinin rəhbərlərini toplayır - EKSKLÜZİV
# 13 iyun 2022 11:01 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə heyətinin sədri Taleh Kazımov iyunun 14-də sığorta şirkətlərinin rəhbərləri ilə görüşəcək.

"APA-Economics”in əldə etdiyi məlumata görə, görüş zamanı Azərbaycanın sığorta sektorunun cari vəziyyəti müzakirə olunacaq.

Qeyd edək ki, görüş AMB-nin inzibati binasında baş tutacaq.

Xatırladaq ki, bu, AMB-nin yeni sədrinin sığorta şirkətlərinin rəhbərləri ilə ilk görüşüdür. AMB sədri bundan əvvəl mayın 4-də bank rəhbərləri ilə görüş keçirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR