Tibb və qeyri-tibb heyəti üzrə maaşların artım göstəriciləri açıqlanıb

Tibb və qeyri-tibb heyəti üzrə maaşların artım göstəriciləri açıqlanıb
# 13 may 2022 13:28 (UTC +04:00)

“Son bir il ərzində qeyri-tibb heyəti üzrə ölkədə minimum maaş 294 manatdan 406 manata çatdırılıb. Bu isə təxminən 38 faiz artım deməkdir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Parlamentin komitə sədri bildirib ki, son bir il ərzində orta tibb heyəti üzrə maaş 294 manatdan 506 manata çatdırılıb: “Bu da təxminən 72 faiz artım deməkdir. Bu isə o deməkdir ki, mövcud sistem işlədikcə həkimlərlə yanaşı həm orta tibb heyətinin, həm də qeyri-tibb heyətinin maaşı artacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR