Türkiyə və Azərbaycan 1 mlrd. avroluq valyuta svopu imzalayacaq

Türkiyə və Azərbaycan 1 mlrd. avroluq valyuta svopu imzalayacaq
# 20 yanvar 2022 15:54 (UTC +04:00)

Türkiyə yaxın həftələrdə Azərbaycanla 1 mlrd. avro dəyərində (1,14 mlrd. dollar) valyuta svopu müqaviləsini imzalamağa yaxındır.

"APA-Economics"in məlumatına görə, bu barədə "Middle East Eye" məsələ ilə tanış olan Türkiyə hökumətindəki mənbələrinə istinadən yazır.

Qeyd olunur ki, Türkiyə və Azərbaycan mərkəzi bankları arasında bir müddətdir valyuta svopu razılaşması üzrə aparılan danışıqlar son mərhələyə çatıb.

Təklif olunan müqavilə Türkiyənin valyuta ehtiyatlarını qorumaq üçün son vaxtlar bağladığı bir neçə valyuta svopu müqavilələrindən biridir.

Qeyd edək ki, bu yaxınlarda Türkiyə və BƏƏ arasında müvafiq olaraq 18 mlrd. dirhəm və 64 mlrd. lirə məbləğində valyuta svopu müqaviləsi imzalanıb.

Valyuta svopu bir valyutanın digərinə nəzərən müxtəlif periodlar üzrə (adətən nağd və forvard) eyni vaxtda alınması və satılmasıdır. Bu növ svopda iki tərəf arasında müəyyən gün üçün valyuta mübadiləsi üzrə və gələcəkdə bir gün üçün əks mübadilə üzrə məzənnələr razılaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR