“Unibank" kapital artımını yekunlaşdırıb

“Unibank" kapital  artımını yekunlaşdırıb
# 04 avqust 2022 16:47 (UTC +04:00)

Avqustun 4-də Bakı Fond Birjasında (BFB) “Unibank Kommersiya Bankı” ASC-nin 11,9 milyon manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi yekunlaşıb.

Bu barədə "APA-Economics"ə BFB-dən bildirib. Məlumata görə, abunə yazılışı zamanı anderrayterə 10 investor tərəfindən 10 sifariş təqdim edilib.

Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği və səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi 11,9 milyon manat təşkil edib.

Qeyd edək ki, yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR