"Unibank"ın istiqrazları listinqə daxil edilib

"Unibank"ın istiqrazları listinqə daxil edilib
# 23 noyabr 2022 10:37 (UTC +04:00)

Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Unibank Kommersiya Bankı" ASC ümumi dəyəri 12 milyon ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

"APA-Economics" BFB-yə istinadən xəbər verir ki, bank nominal dəyəri min dollar olan 12 min ədəd faizli təmin edilməmiş sənədsiz adlı istiqrazın illik gəlirliyi 8%, tədavül müddəti 6 il, kupon ödənişləri üç ayda bir dəfə nəzərdə tutulub.

Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR