Valyutanın bəyan edilməməsini müəyyənləşdirmək üçün transsərhəd əməliyyatlar monitorinq ediləcək

Valyutanın bəyan edilməməsini müəyyənləşdirmək üçün transsərhəd əməliyyatlar monitorinq ediləcək
# 28 fevral 2023 17:29 (UTC +04:00)

Valyuta sərvətlərinin bəyan edilməməsinin və ya düzgün bəyan edilməməsinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi cinayətləri və ya predikativ cinayətlərlə əlaqəli olması, yaxud onların müsadirəsi üçün kifayət qədər əsasların mövcudluğunu müəyyən etmək məqsədilə transsərhəd əməliyyatlar üzrə nəticəyönümlü monitorinqlərin həyata keçiriləcək.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlədiyi Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nda əksini tapıb.

Sənədə əsasən, monitorinqlər Dövlət Gömrük Komitəsi tərəfindən 2023-cü ilin avqust ayından etibarən mütəmadi həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR