Yanvarda Azərbaycanın ümumi ixracı 39% azalıb

Yanvarda Azərbaycanın ümumi ixracı 39% azalıb
# 07 fevral 2023 17:14 (UTC +04:00)

2023-cü ilin yanvar ayında Azərbaycanın ümumi ixracı 1,9 milyard ABŞ dolları təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 39% azdır.

"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın fevral sayında bildirilib. Məlumata görə, bu dövrdə qeyri-neft sektoru üzrə ixrac 284,5 milyon ABŞ dolları təşkil edib. Başqa sözlə, qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,6% artıb. 2023-cü ilin yanvar ayı ərzində yeyinti məhsulları üzrə ixrac 64,3 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 220,2 milyon ABŞ dollarına bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR