ABŞ-ın idxal-ixracı apreldə onillik minimuma enib

ABŞ-ın idxal-ixracı apreldə onillik minimuma enib
# 05 iyun 2020 13:13 (UTC +04:00)

Bu ilin aprel ayında ABŞ-ın ixracı 20,5% azalaraq 151,3 mlrd. endi və bu 2010-cu ildən bəri ən aşağı göstərici kimi qeydə alınıb.

"APA-Economics"in ABŞ-ın Ticarət Nazirliyinə istinadən verdiyi məlumata görə, ABŞ-ın idxalı 13,7% azalaraq 200,7 mlrd. dollar təşkil edib ki, bu göstərici üzrə də onillik minimum qeydə alınıb. Ölkənin ümumi ticarət dövriyyəsinin mənfi saldosu isə 16,7% artaraq 49,4 mlrd. dollara çatıb.

Qeyd edək ki, COVID-19 pandemiyası fonunda ölkədə işsizlik üzrə müavinətlər üçün müraciətlərin sayı mayın sonuncu həftəsində 249 min azalaraq 1,877 mln. müraciətə enib. Lakin proqnozlara görə, ABŞ-da işsizlik apreldə qeydə alınmış 14,7%-dən 19,8%-ə yüksələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR