AİB indiyədək Gürcüstana 3,4 mlrd. dollara yaxın vəsait ayırıb

AİB indiyədək Gürcüstana 3,4 mlrd. dollara yaxın vəsait ayırıb
# 19 may 2020 10:09 (UTC +04:00)

Asiya İnkişaf Bankı (AİB) indiyədək Gürcüstana texniki yardım, kredit xətti, qrant və s. şəklində 3,385 mlrd. ABŞ dolları məbləğində vəsait ayırıb.

"APA-Economics"in bankın ölkə üzrə illik hesabatına istinadən verdiyi məlumata görə, ümumilikdə, AİB Gürcüstanda 74 layihə maliyyələşdirib və bunların əksər hissəsi (24 layihə) nəqliyyat sektorunun payına düşüb. Ümumilikdə, bank tərəfindən bu sahəyə 1,881 mlrd. dollar yönəldilib.

Hesabatda qeyd edilir ki, bu ilin əvvəlinə ölkənin AİB qarşısında öhdəlikləri 740,49 mln. dollar təşkil edir.

Xatırladaq ki, Gürcüstan 2007-ci ildən AIB-in üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR