AİB növbəti 3 ildə Azərbaycana 780 mln. dollar ayıra bilər - CƏDVƏL

AİB növbəti 3 ildə Azərbaycana 780 mln. dollar ayıra bilər - CƏDVƏL
# 01 sentyabr 2020 14:14 (UTC +04:00)

Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası tərəfindən Azərbaycan üzrə 2021-2023 illər üçün təsdiqlənmiş biznes planı çərçivəsində bankın ölkəyə 780 mln. ABŞ dolları məbləğində vəsaitin ayırmağa hazır olduğu bildirilir.

"APA-Economics"in AİB-ə istinadən verdiyi məlumata görə, biznes plana əsasən, 2021-ci ildə bank tərəfindən 85 mln. dollar, 2022-ci ildə 370 mln. dollar, 2023-cü ildə isə 325 mln. dollar məbləğində kreditlərin ayrılması nəzərdə tutulub.

Biznes plan çərçivəsində Azərbaycan üçün 5 kredit xətti üzrə – kənd təsərrüfatı (irriqasiya), nəqliyyat (dəmir yolu infrastruktur, maliyyə (bank olmayan kredit təşkilatları və KOB-lar) və təhsil (iqtisadi islahatlara dəstək) sektorlarına vəsait ayrılmasına kredit sifariş olunub.

AİB-in Azərbaycan üzrə yeni biznes planı:

#

Layihə

Ayrılacaq kredit, mln. $

İl

1

İrriqasiya və drenaj sisteminin inkişafı

85

2021

2021-ci ildə ümumi 85 mln. ABŞ dolları

2

Dövlət sektorunda effektivliyin artırılması və idarə edilməsi İkinci Altproqramı I

250

2022

3

Layihənin daha keyfiyyətli hazırlanması yolu ilə infrastruktur səmərəliliyinin artırılması

15

2022

4

Peşə təhsili sektorun inkişafının Proqramı

75

2022

5

KOB-lar üçün maliyyə vasitəçiliyinin təkmilləşdirilməsi layihəsi

30

2022

2022-ci ildə ümumi 370 mln. ABŞ dolları

6

Dövlət sektorunda effektivliyin artırılması və idarə edilməsi İkinci Altproqramı I

250

2023

7

Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi Layihəsinin Cənubi Dəmir Yolu Bölməsinin bərpası

75

2023

2023-cü ildə ümumi 325 mln. ABŞ dolları

Qeyd edək ki, irriqasiya və drenaj sisteminin inkişafı layihəsinə Azərbaycan hökuməti öz tərəfindən əlavə 15 mln. dollar, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi Layihəsinin Cənubi Dəmir Yolu Bölməsinin bərpasına 20 mln. dollar ayıracaq.

Xatırladaq ki, 1999-cu ildən AİB Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkəyə texniki yardım, kredit xətti, qrant və s. şəklində 4,4 mlrd. həcmində vəsait ayırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR