AMB Vətən müharibəsi ilə bağlı xatirə pul nişanlarının dizaynının yaradılması üçün müsabiqə elan edib

AMB Vətən müharibəsi ilə bağlı xatirə pul nişanlarının dizaynının yaradılması üçün müsabiqə elan edib
# 29 yanvar 2021 18:41 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) xatirə pul nişanlarının dizaynının yaradılması ilə bağlı müsabiqə elan edib.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, Vətən müharibəsinin yaddaşlara həkk olunması, Vətən savaşı qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi və düşmən tapdağından azad edilmiş şəhər və rayonlarımızın tarixinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə aşağıda qeyd olunan mövzularda xatirə pul nişanlarının dizaynının yaradılması ilə bağlı müsabiqə elan edilib.

1. “Vətən Müharibəsinin qəhrəman əsgəri” mövzusuna həsr olunmuş xatirə sikkəsi;

2. “Şuşa - Azərbaycanın mədəniyyət və musiqi beşiyidir” mövzusuna həsr olunmuş xatirə sikkəsi;

3. “Azərbaycanın memarlıq incisi- Xudafərin körpüsü” mövzusuna həsr olunmuş xatirə sikkəsi;

4. “Ulu öndər Heydər Əliyev - “Bir millət, iki dövlət” qardaşlıq səlnaməsi” mövzusuna həsr olunmuş xatirə sikkəsi;

5. Düşmən tapdağından azad olunmuş ərazilərimizin tarixi və mədəni irsi mövzusunda xatirə sikkələri:

- “Cəbrayıl rayonu”

- “Füzuli rayonu”

- “Zəngilan rayonu”

- “Qubadlı rayonu”

- “Ağdam rayonu”

- “Kəlbəcər rayonu”

- “Laçın rayonu”

- “Xocavənd rayonu”

- “Suqovuşan kəndi”

Müsabiqədə iştirak etmək üçün iştirakçıların şəxsiyyət vəsiqəsinin surəti və xatirə pul nişanlarının eskizləri 22.02.2021-ci il 18:00-dək Mərkəzi Banka təqdim olunmalıdır.

Təqdim olunacaq eskizlərin qiymətləndirilməsi və qalibin müəyyən edilməsi münsiflər heyəti tərəfindən aparılacaq, qalib gəlmiş eskiz əsasında xatirə pul nişanlarının dizaynı hazırlanacaq.

Xatirə sikkələri üzrə müsabiqənin qalibi üçün hər mövzu üzrə 1000 manat pul mükafatı müəyyən olunub.

Əlaqə: [email protected] tel. 012 4931122 (daxili 264)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR