AMB depozit hərracında 100 mln. manat vəsait cəlb edib

AMB depozit hərracında 100 mln. manat vəsait cəlb edib
  • Clock-gray 12:18
  • calendar-gray 10 Noyabr 2020

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, noyabrın 10-da Mərkəzi Bank tərəfindən 13 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 413,7 mln. manat, hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil edib.

Nəticədə, hərrac zamanı AMB 100 mln. manat vəsait cəlb edib.

APA-Economics

Digər xəbərlər