AMB maliyyə bazarlarına nəzarət üzrə avtomatlaşdırılmış sistem yaradır

AMB maliyyə bazarlarına nəzarət üzrə avtomatlaşdırılmış sistem yaradır
# 09 aprel 2020 10:55 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə bazarlarına nəzarət üzrə avtomatlaşdırılmış Vahid Nəzarət və Monitorinq sisteminin yaradılması ilə bağlı açıq tender keçirir.

APA-Economics”in AMB-yə istindən verdiyi xəbərə görə, tender proseduru27 may 2020-ci il saat 15:00-da Mərkəzi Bankın inzibati binasında(Bakı şəhəri, R. Behbudov küçəsi,90) keçiriləcək.

İddiaçılar tender təklifini və təklifin bank təminatını 22 may 2020-ci il saat 18:00-a qədər , digər tələb olunan sənədləri isə ən geci 13 may 2020-ci il saat 18:00-a qədər AMB-yə təqdim etməlidirlər.

İddiaçılar tenderdə iştirak haqqı kimi AMB-nin hesabına 500 manat məbləğində vəsait köçürməlidirlər.

Maliyyə bazarlarına nəzarət sistemi tender üzrə satınalma müqaviləsi imzalandığı gündən ən geci 2 il müddətində təhvil verilməlidir.

Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək AMB-nin binasından tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Tenderin əlaqələndirici şəxsi informasiya texnologiyaları departamentinin əməkdaşı Elman Muradovdur(Tel: 493-11-22 (499), faks: 493-55-41, ünvanı: [email protected])

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR