AMB-nin valyuta ehtiyatları artıb

AMB-nin valyuta ehtiyatları artıb
# 01 iyun 2020 17:35 (UTC +04:00)

Bu ilin mayın 31-nə Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 6 414,5 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics"in AMB-nin hesabatına istinadən verdiyi xəbərə görə, bu göstərici ötən ay ilə müqayisədə 12,8 mln. dollar və ya 0,2% artıb. İllik müqayisədə isə 543,6 mln. dollar və ya 9,3% artım qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR