ARDNF: Qabaqlayıcı valyuta satışları hesabına dövlət büdcəsinə 4 631,0 milyon manat transfer edilib

ARDNF: Qabaqlayıcı valyuta satışları hesabına dövlət büdcəsinə 4 631,0 milyon manat transfer edilib
# 16 aprel 2020 18:50 (UTC +04:00)

Cari ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə xərcləri 4 697,8 milyon manat təşkil edib.

APA-nın xəbərinə görə, ARDNF-ın 2020-ci ilin yanvar-mart ayları üzrə gəlir və xərclərinə dair məlumatda bildirilib ki, bu müddət ərzində xam neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, ARDNF tərəfindən makroiqtisadi və fiskal tarazlığın qorunması, icmal və dövlət büdcəsi qarşısında öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı funksiyalarının icrası təmin edilib.

“Belə ki, ölkənin valyuta bazarında xarici valyutaya artan tələbin qarşılanması məqsədilə 2020-ci ilin yanvar-mart aylarında ümumilikdə 2 771,8 milyon ABŞ dolları məbləğində xarici valyuta satılıb, bunun müqabilində 4 712,1 milyon manat vəsait satın alınıb. Qabaqlayıcı valyuta satışları hesabına dövlət büdcəsinə 4 631,0 milyon manat, o cümlədən vaxtından əvvəl 1 793,5 milyon manat vəsait transfer edilib. Eyni zamanda 60,9 milyon manat məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsinə yönəldilib. Bu müddət ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri isə 5,9 milyon manat təşkil edib”, - deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR