"Anglo Asian Mining" çarterlə İsveçrəyə 130 kq-dan çox qızıl göndərib

"Anglo Asian Mining" çarterlə İsveçrəyə 130 kq-dan çox qızıl göndərib
# 08 aprel 2020 10:58 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən "Anglo Asian Mining" qızıl-mədən şirkəti İsveçrənin "MKS Finance" şirkətinə 4 688 unsiya (132,9 kq) qızıl ərintisi göndərib.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, şirkət daşınmanı çarter aviareysi ilə həyata keçirib. Hazırda şirkət mis konsentratını avtomobil yolu ilə nəqlini, o cümlədən Azərbaycanda fəaliyyətini davam etdirir.

Xatırladaq ki, "Anglo-Asian Mining" Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Pay Bölgüsü Sazişi) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR