Azərbaycan Beynəlxalq Bankı "Tamkart" sahibləri üçün yeni kampaniya keçirir ®

Azərbaycan Beynəlxalq Bankı "Tamkart" sahibləri üçün yeni kampaniya keçirir ®
# 06 may 2020 14:36 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankı mayın 7-dən 31-dək “Tamkart”la verilmiş kredit limitinin 20%-i və daha çox həcmdə ödənişlər edən müştərilərə 20%-dən yuxarı ödəniş məbləğlərinə görə əlavə 1% keşbək qazanacaqları yeni kampaniyaya start verib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu qazanc imkanından “Tamkart”la həm POS-terminallar, həm də onlayn qaydada riteyl əməliyyatları aparan hər kəs bəhrələnə bilər. Məqsəd “Tamkart”ın hər kəs üçün daha sərfəli və əlçatan olması, müştəri məmnuniyyətinin əldə edilməsidir.

Bundan başqa, mayın 7-dən 29-dək “Tamkart Classic/Standard” kartı əldə etmək istəyən müştərilərə bu kart hədiyyə ediləcək. “Tamkart Gold”, “Tamkart Platinum” və “Tamkart Premium” kartları isə 50% endirimlə veriləcək. Bu barədə daha ətraflı məlumatları buradan əldə etmək olar.

“Tamkart” eyni anda iki kartı – debet və kredit kartlarını özündə birləşdirən dual kartdır. Bu kartın sahibləri Azərbaycan Beynəlxalq Bankı ilə layihə çərçivəsində əməkdaşlıq edən bütün məkanlarda istədikləri məhsulun qiymətini bərabər hissələrə bölərək, 18 ayadək müddətə taksitlə ödəyə bilərlər. Digər istənilən növ əməliyyatlar zamanı isə müştərilərə 60 günədək faizsiz güzəşt müddəti imkanı yaradılır. Hər iki kart üzrə SMS xəbərdarlıq xidməti pulsuzdur.

Azərbaycan Beynəlxalq Bankı ilə bəzi tərəfdaş məkanlarda “Tamkart” sahiblərinə alış-veriş zamanı hətta 20%-dək keşbək verilir. Eyni zamanda, bankla tərəfdaş olmayan ticarət-xidmət məntəqələrində belə müştərilər ən az 2% keşbək əldə edir. “Tamkart” debet vasitəsilə Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatlardan nağd vəsaitin çıxarılmasına görə heç bir komisyon haqqı tətbiq edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR