Azərbaycan əhalisi nağd dollar alışını 20%-ə yaxın azaldıb

Azərbaycan əhalisi nağd dollar alışını 20%-ə yaxın azaldıb
# 02 dekabr 2019 09:54 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 2 090 271,7 min dollar təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrünə nisbətən 515 254,7 min dollar və ya 19,8% azdır.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, cari ilin oktyabr ayında ölkə əhalisi tərəfindən 252 325,9 min dollar alınıb. Bu isə sentyabr ayına nisbətən 51 525,5 min dollar və ya 2,1% çox, cari ilin yanvar ayına nisbətən isə 47 301,5 min dollar və ya 15,8% azdır. Ötən ay əhali tərəfindən dollar alışı 2018-ci ilin analoji ayı ilə müqayisədə 34 715,8 min dollar və ya 16% artıb.

Bundan başqa, yanvar-oktyabrda ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 1 530 828,5 min dollar təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 170 197,8 min dollar və ya 10% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR