Azərbaycan əhalisi ötən il nağd avro alışını iki dəfədən çox azaldıb

Azərbaycan əhalisi ötən il nağd avro alışını iki dəfədən çox azaldıb
# 01 fevral 2021 10:20 (UTC +04:00)

2020-ci ildə Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 234,423 mln. avro təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 2,5 dəfə azdır.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, təkcə ötən ilin dekabr ayında ölkə əhalisi 15,449 mln. avro alıb ki, bu da əvvəlki ayla müqayisədə 1,5% azdır.

Bundan başqa, ötən il ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 76,887 mln. avro təşkil edib. Bu, illik ifadədə 2,8 dəfə azdır. Təkcə dekabrda bu göstərici 6,796 mln. avroya bərabər olub ki, bu da noyabr ayı ilə müqayisədə 32,7% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR