Azərbaycan iyunda tütün məmulatlarının idxalını 47% artırıb

Azərbaycan iyunda tütün məmulatlarının idxalını 47% artırıb
# 21 iyul 2020 17:31 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana idxal olunan tütün və tütün məmulatlarının dəyəri ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən 23,2% azalaraq 39 427,21 min dollar təşkil edib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, təkcə iyun ayı ərzində ölkəyə 6 984,45 min dollar tütün və tütün məmulatları idxal olunub ki, bu may ayı ilə müqayisədə 47,71% çoxdur, amma ötən ilin eyni ayı ilə müqayisədə isə 38,6% azdır.

Qeyd edək ki, bu ilin ilk yarısında tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0,79%-nə bərabər olub ki, bu da illik müqayisədə 0,6 faiz bəndi çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR