Azərbaycan vətəndaşları oktyabrda Türkiyədə 137 ev əldə edib

Azərbaycan vətəndaşları oktyabrda Türkiyədə 137 ev əldə edib
  • Clock-gray 11:36
  • calendar-gray 27 Noyabr 2020

Bu ilin oktyabr ayında xarici vətəndaşlar Türkiyədə 5 258 ev əldə edib ki, bu da ötən ilin oktyabr ayı ilə müqayisədə 23,1% çoxdur, cari ilin sentyabrı ilə müqayisədə isə 0,2% azdır.

"APA-Economics"in məlumatına görə, bu barədə Türkiyənin dövlət statistika qurumunun ("TurkStat") hesabatında deyilir.

Qeyd olunub ki, təkcə İstanbul şəhərində oktyabrda xarici vətəndaşlar 2 458 ev alıb. Ötən ay qeyri-rezidentlər arasında qonşu ölkədə ən çox ev alan İraq vətəndaşları olub. Sözügedən ölkənin vətəndaşları oktyabr ayında 909 ev alıblar. İkinci pillədə 849 evlə İran vətəndaşlar qərarlaşıb, üçüncü yerdə isə 400 evlə Rusiya vətəndaşlarıdır.

Azərbaycan vətəndaşları ötən ay Türkiyədə 137 ev əldə edib və bu göstərici ilə siyahının ilk onluğunu tamamlayır. Bu göstərici sentyabr ayı ilə müqayisədə 25,1% azalıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər