Azərbaycana cəlb olunmuş investisiyaların həcmi yanvar-sentyabrda 27% artıb

Azərbaycana cəlb olunmuş investisiyaların həcmi yanvar-sentyabrda 27% artıb
  • Clock-gray 16:25
  • calendar-gray 15 Dekabr 2020

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 27% artaraq 3,4 mlrd dollara çatıb.

"APA-Economics" Mərkəzi Banka istinadən verdiyi məlumata görə, ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 85,3% təşkil edib.

Hesabat dövründə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-509,7 mln. dollar) azalması cəlb olunmuş investisiya ilə (2 893,4 mln. dollar) kapitalın repatriasiyası (3 403,1 mln. dollar) arasındakı fərqdən formalaşıb.

Qiymətləndirmələrə görə, qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləğ 18% artaraq 497,1 mln. dollara çatıb.

Portfel investisiyaları üzrə daxilolmalar 0,2 mlrd. dollar, ödənişlər isə 0,5 mlrd. dollar təşkil edib və nəticədə 0,3 mlrd. dollar mənfi saldo yaranıb.

Qeyd edək ki, hesabat dövründə portfel investisiyaları üzrə aktivlər əsasən bankların və dövlət sektorunun hesabına, öhdəliklər isə dövlət sektorunun və neft-qaz sektoru hesabına azalıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər