Azərbaycanda Rusiya rubluna tələbat kəskin azalıb

Azərbaycanda Rusiya rubluna tələbat kəskin azalıb
# 02 aprel 2021 12:30 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisi banklardan 302,721 mln. Rusiya rublu alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 57% (2,3 dəfə) azdır.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, təkcə fevralda əhali 163,331 mln. rubl alıb ki, bu da yanvar ayı ilə müqayisədə 17,2% çoxdur, ötən ilin eyni ayı ilə müqayisədə isə 56,8% (2,3 dəfə) azdır.

Bundan əlavə, cari ilin yanvar-fevral aylarında ölkə əhalisinin banklara satdığı nağd rubl kütləsinin ümumi həcmi 2,083 mlrd. rubl təşkil edib ki, bu da illik müqayisədə 16% azdır. Təkcə fevral ayında əhali banklara 1,074 mlrd. rubl satıb ki, bu da aylıq müqayisədə 6,5% çoxdur, illik ifadədə isə 6,1% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR