Azərbaycanda adambaşına düşən ÜDM-in həcmi ötən il 1,4% artıb

Azərbaycanda adambaşına düşən ÜDM-in həcmi ötən il 1,4% artıb
  • Clock-gray 17:42
  • calendar-gray 21 Yanvar 2020

2019-cu ildə Azərbaycanda əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi 2018-ci il ilə müqayisədə 1,4% artaraq 8 126,2 mln. manata çatıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2019-cu ildə Azərbaycanda ÜDM-in həcmi əvvəlki illə müqayisədə 2,2% artaraq 81 681 mln. manata çatıb.

Hesabat dövründə iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5%, neft-qaz sektorunda isə 0,4% artıb. Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib. İnformasiya və rabitə sahələrində əlavə dəyər 15,9%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,3%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 6,4%, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,6%, sənayedə 1,8%, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1%, digər xidmət sahələrində 3,3 faiz artmış, tikintidə isə 6,1% azalıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər