Azərbaycanda alınan kreditlərin təxminən yarısı ev təsərrüfatlarının payına düşür - QRAFİK

Azərbaycanda alınan kreditlərin təxminən yarısı ev təsərrüfatlarının payına düşür - QRAFİK
# 01 fevral 2021 17:47 (UTC +04:00)

Bu ilin yanvarın 1-nə Azərbaycanda ümumi kredit qoyuluşlarının həcmi 14,53 mlrd. manat təşkil edib və ümumi kredit qoyuluşlarının böyük hissəsi ev təsərrüfatlarının payına düşüb (46,2%). Sözügedən tarixə ev təsərrüfatları tərəfindən götürülən kreditlərin həcmi 6,709 mlrd. manata bərabər olub ki, bu da illik müqayisədə 3,9% azdır.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalarına görə, ən çox kreditləşməsi olan ikinci sahə ticarət və xidmət sektoru olub. Belə ki, yanvarın 1-nə bu sektorun kreditləşməsi 2,61 mlrd. manata bərabər olub, bu da illik müqayisədə 4,6% çoxdur. Ümumi kredit qoyuluşunda isə sözügedən sahənin çəkisi 17,9%-ə bərabər olub.

Qeyd edək ki, inşaat və tikinti sektoru balansında ən az kredit olan sahə kimi qeydə alınıb. Belə ki, 2021-ci ilin əvvəlinə bu sektorun kreditləşməsi 493 mln. manat olub və ümumi kredit portfelinin cəmi 3,4% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR