Yanvarın 31-nə Azərbaycanda banklardan kənarda nağd pulun (M0) həcmi illik müqayisədə 11,5% artaraq 10 329,9 mln. manata çatıb.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici aylıq 4,1% azalıb.
Xatırladaq ki, yanvar ayının 1-də Azərbaycanda banklardan kənarda nağd pulun həcmi 10,773 mlrd. manata təşkil edərək tarixi maksimuma çatmışdı.
Qeyd edək ki, M0 pul aqreqatı banklardan kənarda qalan (əldə olan) manatla nağd pulun həcminin göstəricisidir.