Azərbaycanda bu il əməkhaqqı fondu 14 mlrd. manatı ötə bilər

Azərbaycanda bu il əməkhaqqı fondu 14 mlrd. manatı ötə bilər
# 12 fevral 2021 13:11 (UTC +04:00)

Azərbaycanda pərakəndə ticarət üzrə vergi daxilolmalarının təxminən 7% azalmasına baxmayaraq, topdansatış ticarətdə 33%-dən çox artım müşahidə olunub.

APA-Economics”in məlumatına görə, bunu “Postpandemiya dövründə vergi sistemi” mövzusuna həsr olunan konfransda çıxış edəən Dövlət Vergi Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Orxan Nəzərli deyib.

Onun sözlərinə görə, pandemiyanın təsirinə baxmayaraq, 2020-ci ildə vergi ödəyicilərinin sayında artım qeydə alınıb: “2020-ci il ərzində ölkədə vergi ödəyicilərinin sayı 4%-dən çox artaraq 616 mini ötüb, o cümlədən aktiv ƏDV ödəyicilərinin sayında 17%-dən çox artım olub. Aktiv vergi obyektlərinin sayı isə 9%-dək artaraq 167 mini ötüb”.

Dövlət Xidmətinin rəhbəri pandemiyanın biznes subyektlərinə mənfi iqtisadi təsirindən danışarkən, əmək bazarında bəzi məqamlara da toxunub. Onun sözlərinə görə, 2020-ci ildə cəmi əmək müqavilələrin sayı 2018-ci il ilə müqayisədə 22%-dək, 2019-cu il ilə müqayisədə isə 10%-dək artaraq 1,7 milyonu ötüb.

“Bu artım qeyri-neft, qeyri-dövlət sektorunda bağlanan əmək müqavilələrinin artımı hesabına baş verib. Bu sektor üzrə əmək müqavilələrin sayı 2020-ci ilin sonuna 792 min təşkil edib. Əmək bazarının şəffaflaşması şəraitində bəyannamə məlumatları üzrə 2021-ci ildə əməkhaqqı fondunun 21% artaraq 14,5 mlrd. manata çatması, o cümlədən qeyri-neft və qeyri-dövlət sektorunda 13% artaraq 5,2 mlrd. manata çatması gözlənilir”, - deyə O. Nəzərli əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR