Azərbaycanda cəmi depozit bazasının dollarlaşması altıillik minimuma enib

Azərbaycanda cəmi depozit bazasının dollarlaşması altıillik minimuma enib
# 26 yanvar 2021 17:39 (UTC +04:00)

Bu ilin yanvarın 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 23 666,9 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 4,4% azdır.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, aylıq müqayisədə bu göstərici 6,1% artıb. Yerləşdirilmiş depozitlərin 56,4%-i xarici valyutada olub.

Dollarlaşma son 6 ilin minimumuna enib. Cəmi depozitlərin bundan aşağı dollarlaşması son dəfə 2015-ci ilin yanvarında (52%) qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR