Azərbaycanda debet kartları ilə əməliyyatların həcmi noyabrda 3,3% artıb

Azərbaycanda debet kartları ilə əməliyyatların həcmi noyabrda 3,3% artıb
# 28 dekabr 2020 10:25 (UTC +04:00)

Bu ilin noyabr ayı ərzində Azərbaycanda dövriyyədə olan debet kartları ilə 2,295 mlrd. manat həcmində əməliyyatlar həyata keçirilib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, əməliyyatların həcmi aylıq müqayisədə 3,3% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 17,1% artım qeydə alınıb.

Noyabr ayında debet kartları ilə həyata keçirilən ölkədaxili əməliyyatların 1,660 mlrd. manatı ATM, 254 mln. manatı POS-terminallar vasitəsilə həyata keçirilib, 277 mln. manatı isə elektron ticarət əməliyyatlarının payına düşüb.

Beləliklə, ölkədaxili əməliyyatların həcmi 2,191 mlrd. manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 2,6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 18,4% çoxdur.

AMB-nin məlumatına əsasən, ölkə xaricində debet kartları ilə hesabat ayında 104 mln. manat əməliyyat həyata keçirilib. Bu da əvvəlki ayla müqayisədə 19,5% çoxdur, ötən ilin eyni dövrü ilə müqayisədə isə 5,4% azdır.

Qeyd edək ki, cari ilin dekabrın 1-nə Azərbaycanda 8,067 mln. vahid debet kartı olub. Kartların sayı aylıq müqayisədə 0,1%, illik müqayisədə isə 25% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR