Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi son bir ildə 40% artıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi son bir ildə 40% artıb
# 02 sentyabr 2020 16:37 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 158 mln. manat ipoteka krediti verilib.

"APA-Economics"in İKZF-yə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 40% çoxdur.

Ümumilikdə, bu günədək İKZF tərəfindən 30 158 sayda olmaqla 1,548 mlrd. manat məbləğində ipoteka krediti verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR