Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərdən əldə olunan gəlirlər 26%-dək azalıb

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərdən əldə olunan gəlirlər 26%-dək azalıb
# 16 dekabr 2020 14:39 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərdən əldə olunan gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 25,8% azalaraq 6 227,2 mln. manat olub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 4 685,1 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,2%-ni təşkil edib.

Cari ilin yanvar-noyabr aylarında hər bir ölkə sakini orta hesabla 624,1 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 215,1 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR