Azərbaycanda ictimai iaşə dövriyyəsi koronavirus səbəbindən kəskin azalıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi koronavirus səbəbindən kəskin azalıb
# 12 iyun 2020 15:49 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanın ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 36,8% azalaraq 342,4 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 44,6%-i hüquqi şəxslərin, 55,4%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə 30,5% azalaraq 151,2 mln. manat olub.

“Azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan ərazisində ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər, həmçinin Azərbaycan ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayında müşahidə olunan kəskin azalma (cari ilin mart, aprel və may ayları ötən ilin eyni ayları ilə müqayisədə müvafiq olaraq 2,6 dəfə, 12,1 dəfə, 9,9 dəfə) nəticəsində mart, aprel və may aylarında ötən ilin eyni ayları ilə müqayisədə ictimai iaşə xidmətlərinin həcmində azalma müşahidə olunub. Cari ilin may ayında ictimai iaşə dövriyyəsi ötən ilin may ayı ilə müqayisədə isə 3,2 dəfə azalıb”, - komitədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR