Azərbaycanda illik inflyasiya 2,9% təşkil edib

Azərbaycanda illik inflyasiya 2,9% təşkil edib
# 14 oktyabr 2020 12:11 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-sentyabr aylarına nisbətən 102,9%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,2%, qeyri-ərzaq məhsulları üzrə 101,3%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 101,1% təşkil edib.

APA-Economics” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

“Cari ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1%, əvvəlki ilin sentyabr ayına nisbətən isə 102,6% təşkil edib”, - deyə məlumatda qeyd olunub.

2020-ci ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2%, əvvəlki ilin sentyabr ayına nisbətən 104,3% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR