Azərbaycanda istehsal sahələrinə investisiya qoyuluşu artıb

Azərbaycanda istehsal sahələrinə investisiya qoyuluşu artıb
# 24 mart 2020 12:45 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda yaşayış evlərinin tikintisinə 217,4 mln. manat dəyərində sərmayə yönəldilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə vəsaitlərin həcmi 35,4% artıb. Beləliklə, 2020-ci ilin yanvar-fevral ayları ərzində ölkə iqtisadiyyatına cəmi sərmayə qoyuluşunun 11,1%-i məhz bu sektorun payına düşüb.

Bu müddətdə məhsul istehsalı sahələrinə investisiya qoyuluşu illik müqayisədə 27,6% artaraq 1 342,5 mln. manat, xidmət sahələrinə investisiya qoyuluşu isə 23,7% azalaraq 405,3 mln. manat təşkil edib.

Qeyd edək ki, 2020-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 965,2 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,7% çox vəsait yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR